Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Azərbaycan Respublikasında keçirilən ümumxalq səsverməsi(referendum) ilə əlaqədar Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində yaradılmış17 saylı Yasamal üçüncü seçki dairəsinin 32 saylı referendum məntəqəsi bu gün yerli vaxtla 08:00-da səsverməyə açılıb.Azərbaycan Respublikasının AFR-dəki Səfirliyindən SİA-ya verilən məlumata görə, məntəqədə Almaniyada daimi və müvəqqəti yaşayan vətəndaşlarımızın səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan bütün zəruri hazırlıq işləri görülüb, səsvermənin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb.Qeyd edək ki, səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.
sia.az