"Azərbaycanda Konstitusiyanın 23 maddəsində dəyişilik edilməsi və 6 yeni müddəanın əlavə edilməsi üçün keçirilən referendumda səsvermə davam edir". SİA xəbər verir ki, bu barədə Türkiyənin "Habertürk.com" saytı yazır. Saytın qeyd etdiyinə görə, 5 milyon 260 min seçicinin olduğu ölkədə paytaxt Bakı daxil olmaqla digər bölgələrdə 5 min 627 min urnaya bülletenlər atılır və Azərbaycandan kənar yaşayan vətəndaşlar üçün 38 ölkədə seçki məntəqələri qurulub."Referendumu 53 min yerli, 117 beynəlxalq müşahidəçilər izləyir. Seçkilər şəffaf və qanun pozuntuları aşkarlanmadan keçirilir" -deyə qeyd edən Türkiyənin media qurumu bildirir ki, referendum axşam saat 19:00-da başa çatacaq.Xəbərin sonunda adıçəkilən sayt müddəalar barədə ətraflı məlumatları yerləşdirib.
sia.az