Ümumxalq səsverməsinin (referendumun) saat 12:00-a olan ən aktiv və ən passiv seçki dairələrinin adları açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
O qeyd edib ki, ən aktiv seçki dairəsi 14 Saylı Xəzər Seçki Dairəsidir ki, burada 49374 seçicidən 21305-i artıq səs verib: "Bu isə qeyd olunan dairədə 19.59 faiz seçici fəallığı deməkdir.
Ən passiv seçki dairəsi isə yenə 19 Saylı Nərimanov Birinci Seçki Dairəsidir. Burada 45690 seçicidən yalnız 7276-i səs verib. Beləliklə bu dairədə 15.92 faiz seçici fəallığı qeydə alınıb".
Xatırladaq ki, MSK-nın 115 saylı qaynar xəttinə isə bir neçə sorğu xarakterli müraciətlər daxil olmayıb.
sia.az