PDF Oxu

Siyasət

  • 15

Şirvanda səsvermə bütün normalara uyğun keçirilir

Şirvanda səsvermə bütün normalara uyğun keçirilir

Bu gün səhər saat 08:00-dan başlayaraq 46 saylı Şirvan seçki dairəsinin ərazisində yerləşən məntəqələrdə seçicilərin aktivliyi müşahidə olunmağa başlayıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, 46 saylı Şirvan seçki dairəsinin 33 seçki məntəqəsi üzrə 41121 nəfər seçici səsvermədə iştirak edir. Bunlardan 80-100 yaş arası olan seçicinin sayı 550 nəfər, 103 yaşlı 1 nəfər, ilk dəfə səs vermə hüququ qazanan, yəni 18 yaşlı seçici isə 401 nəfərdir.

46 saylı Şirvan DSK-nın 12 məntəqəsində VEB-kameralar quraşdırılıb. Referendum günü saat 09:30 da 1031 nəfər seçicisi olan 30 saylı, 1456 nəfər seçicisi olan 12 saylı, 1216 nəfər 28 saylı, 1341 nəfər seçicisi olan Hacıqəhrəmanlı qəsəbə 1 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunur. Seçicilər xoş əhval ruhiyyədə məntəqələrə axışırlar. Hələlik xarici müşahidəçilər həm Hacıqabul, həm də Şirvan ərazisində görünməyiblər. Yerli müşahidəçilər seçkinin şəffaf, demokrtatik keçdiyini bildirirlər.

sia.az

Digər xəbərlər