Ağcabədi rayonunda Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar 26 sentyabr 2016-cı il tarixdə keçirilən referendum yüksək seçici fəallığı ilə keçir. YAP Ağcabədi rayon təşkilatından SİA-ya verilən məlumata görə, Ağcabədi rayonu üzrə 2 seçki dairəsi- 82 saylı Ağcabədi və 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi fəaliyyət göstərir.82 saylı Ağcabədi seçki dairəsi üzrə 46 seçki məntəqəsində 45601, 83 saylı Ağcabədi–Füzuli seçki dairəsinin Ağcabədi rayonu üzrə 27 seçki məntəqəsində 21274 nəfər seçici vardır.Saat 15:00-dək rayon üzrə 37000 nəfərdən artıq seçici seçki məntəqələrinə gələrək, səsvermədə iştirak edib.Seçicilərin seçki məntəqələrinə axını davam edir.
sia.az