Ümumxalq səsverməsinin (referendumun) saat 15:00-a olan ən aktiv və ən passiv seçki dairələrinin adları açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
O bildirib ki, ən aktiv seçki dairəsi 14 Saylı Xəzər Seçki Dairəsidir ki, burada 49374 seçicidən 33198-i artıq səs verib: "Bu isə qeyd olunan dairədə 67.2 faiz seçici fəallığı deməkdir.
Ən passiv seçki dairəsi isə 17 Saylı Yasamal Üçüncü Seçki Dairəsidir. Burada 42122 seçicidən yalnız 15181-i səs verib. Beləliklə bu dairədə 36.4 faiz seçici fəallığı qeydə alınıb".
Qeyd edək ki, MSK-nın 115 saylı qaynar xəttinə isə bir neçə sorğu xarakterli müraciətlər daxil olmayıb.
sia.az