26 Sentyabr 2016-cı il saat 08:00-dan etibarən Respublika ərazisində olduğu kimi, 102 Saylı Samux-Şəmkir seçki dairəsinin bütün məntəqələrində Referenduma start verilib. SİA-nın məlumatına görə, YAP Samux rayon Təşkilatının sədri Gündüz Bayramov qeydiyyatda olduğu 2 saylı məntəqədə öz səsvermə hüququndan istifadə edərək, bütün Samux sakinlərinə səsvermədə fəallıq nümayiş etdirmələri üçün stimul olub. Bütün Samux sakinlərini öz konstitusiya hüquqlarından rahat və sərbəst şəkildə istifadə etməyə dəvət edirik!
HƏMRƏY OLAQ HƏ DEYƏK!
sia.az