PDF Oxu

Siyasət

  • 21

Salyanlılardan seçki aktivliyi

Salyanlılardan seçki aktivliyi

Salyan rayonunda da ümumxalq səsverməsi seçici axını ilə müşahidə olunub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Salyanda 2 seşki dairəsi fəaliyyət göstərir - 59 saylı Salyan və 60 saylı Salyan-Neftçala.

59 saylı Salyan dairəsi üzrə 40 seçki məntəqəsi təşkil olunub, 38422 nəfər seçici siyahılara daxil edilib. Bunlardan 311 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək. 60 saylı Salyan-Neftçala dairəsinin 38436 seçicinin səs verməsi üçün 39 seçki məntəqəsi yaradılıb. Bunlardan 35-i Salyan, 4-ü isə Neftçala ərazisində yerləşir. Səsvermənin gedişini canlı izləmək üçün 8 seçki məntəqəsində VEB-kamera quraşdırılıb. Artıq səhər saat 8:00 radələrindən etibarən seçicilər böyük əhval-rihiyyə ilə məntəqələrə axışır, sərbəst şəkildə referenduma çıxarılan əlavə və dəyişikliklərə öz münasibətlərini bildirirlər.

59 saylı Salyan dairəsinin 1348 nəfər seçicisi olan 5 saylı və 1349 nəfər seçicisi olan 6 saylı seçki məntəqəsində günorta saatlarında aktivlik müşahidə olunurdu. İnsanlar rahat şəkildə referendumda iştirak edirdi. Müşahidəçilər referendumun normal keçirildiyini və heç bir problem yaşanmadığını bildiriblər. 60 saylı Salyan-Neftçala dairəsinin 17 saylı Qaraçala seçki məntəqəsində günün ikinci yarısı insanlar davamlı şəkildə növbəliklə məntəqəyə gələrək öz hüquqlarından istifadə edirlər. Məntəqə işini normal şəkildə davam etdirir. Ağbirçək analar və ağsaqqallar, gənclər, qadınlar seçki məntəqələrinə gəlib ölkəmizin gələcəyi üçün səs verdiklərini söyləyiblər.

sia.az

Digər xəbərlər