PDF Oxu

Siyasət

  • 18

Zaqatalada seçki prosesi davam edir

Zaqatalada seçki prosesi davam edir

Ölkənin hər yerində olduğu kimi Zaqatala 110 saylı DSK-da da səhər saat 8-dən etibarən ümumxalq səsverməsinə start verilib. Rayonda fəaliyyət göstərən 47 məntəqədə bu il 46 min 406 seçici qeydiyyata alınıb. DSK-a daxil olan 10 saylı seçki məntəqəsində də seçici fəallığı müşahidə olunub.Seçki prosesini yerli müşahidəçilər izləyir və müşahidəçilər seçkinin şəffaf keçdiyini söyləyiblər.110 saylı Zaqatala DSK-dan verilən məlumata görə, bu il ilk dəfə səs verənlərin sayı 401 nəfərdir. Ümumi seçicilərin sayı isə 46 min 406 nəfər təşkil edir. Onlardan bir nəfərinin 117 yaşı var. Səsvermədə fəallıqla iştirak edən seçicilər heç bir təzyiqin olmadığını, müstəqil olaraq öz seçici hüquqlarından istifadə etdiklərini bildiriblər.Qeyd edək ki, 110 saylı Zaqatala DSK-nın 5 məntəqəsində veb-kameralar quraşdırılıb.

sia.az

Digər xəbərlər