Şuranın İdarə Heyətinin üzvləri medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdığının şahidi olub
Azərbaycan Mətbuat Şurasının referendumla bağlı yaratdığı "qaynar xətdə" peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb. Paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında olan Şuranın İdarə Heyətinin üzvləri də medianın sərbəst şəkildə səs vermənin gedişini işıqlandırdığının şahidi olublar.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Nəsimi və Nərimanov, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Rəhimoğlu Binəqədi, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Suraxanı, MŞ İdarə Heyətinin üzvləri - Milli Məclisin deputatı Aqil Abbas Səbail, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai, "APA" Holdinq"in rəhbəri Vüsalə Abışova Sabunçu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Səbail, Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Xətai, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Yasamal, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Səbail, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı seçki məntəqələrində olaraq səsvermənin gedişini izləyib, həmçinin, jurnalistlərə yaradılmış şəraitlər tanış olublar.
Rəfiqə