PDF Oxu

Siyasət

  • 24

121 saylı Laçın Dairə-Seçki Komissiyasında ümumxalq səsverməsi seçici axını ilə müşahidə olunub

121 saylı Laçın Dairə-Seçki Komissiyasında ümumxalq səsverməsi seçici axını ilə müşahidə olunub

Respublikamızın bütün rayonlarında olduğu kimi, 121 sayli Laçın Seçki Dairesində də seçici fəallığı müşahidə olunub. Qeyd edək ki, məntəqələr məcburi köçkünçülüklə əlaqədar respublikanın 58 rayonu ərazisində yerləşir. 121 saylı Seçki Dairəsinin 41 saylı məntəqənin sədri Tahir Mirzəyev, 83 saylı məntəqənin sədri Azər Qasımov və 87 saylı məntəqə sədri Bayram Həsənov bildiriblər ki, sentyabrın 26-da səhər saat 8.00-dan seçicilər xoş əhval-ruhiyyədə seçki məntəqələrinə gələrək səsvermə hüquqlarından istifadə ediblər.Müşahidəçilər də referendumun normal keçirildiyini və heç bir problem yaşanmadığını bildiriblər. 121 saylı Laçın seçki dairəsinin bütün seçki məntəqəsində günün ikinci yarısı insanlar davamlı şəkildə növbəliklə məntəqəyə gələrək öz hüquqlarından istifadə ediblər. Ağbirçək analar və ağsaqqallar, gənclər və qadınlar seçki məntəqələrinə gəlib ölkəmizin gələcəyi üçün səs verdiklərini söyləyiblər. Saat 18:00 seçici aktivliyi 31208 nəfər 67,9 faiz olub.Səsvermədə fəallıqla iştirak edən seçicilər heç bir təzyiqin olmadığını, müstəqil olaraq öz seçici hüquqlarından istifadə etdiklərini bildiriblər.

R.Hüseynova

Digər xəbərlər