PDF Oxu

Siyasət

  • 17

Binəqədidə referendum baş tutdu

Binəqədidə referendum baş tutdu

Sentyabrın 26-da ölkəmizdə keçirilən referendum tam demokratik prinsiplər əsasında baş tutdu. Ölkə üzrə olduğu kimi, Binəqədi rayonunda da seçki məntəqələri sentyabrın 26-da səhər saat 8-dən seçki qanununa uyğun olaraq, seçicilərin üzünə açılmış və vətəndaşların sərbəst, heç bir maneə ilə üzləşmədən səs vermələri üçün münbit şərait yaradılmışdır. Binəqədi rayon ərazisində mövcud olan dairələrdəki bir çox məntəqələrdə olarkən, bu şəffaflığın şahidinə çevrildik.

9 saylı Binəqədi 2-ci Seçki Dairəsi 13 saylı məntəqənin sədri Gülnarə Məhərrəmova məntəqədə seçicilərin sayının 1265 nəfər olduğunu bildirdi: "Ümumxalq səsverməsində hər hansı pozuntu halı, narazılıq müşahidə ediməyib. Referendum, hər yerdə olduğu kimi, bizim məntəqədə də böyük seçici fəallığı ilə müşahidə olunmaqdadır. Məntəqəmizin qeydiyyatında olan Binəqədi sakinləri gələcək inkişafı və yüksək rifahı təmin etmək istəyindən irəli gələrək, məntəqəyə gəlir və konstitusiyaya edilən əlavə və dəyişikliklərə öz səslərini verirlər".

Məntəqədə "Azərbaycan Vətəndaş Cəmiyyətinə Yardım" Assosiasiyasından olan müşahidəçi Əbdülsəlam Abdullayev referendumun gedişatından razılığını bildirdi. Qeyd etdi ki, hər şey qaneedicidir: "Səhər saatlarından məntəqədəyik və seçicilərin bütün prinsiplərə əsasən, iştirakı nəzərimizdən qaçmayıb. Ümid edirik ki, seçki gününün sonuna kimi bu hal davam edəcək".

14 saylı Seçki Məntəqəsinin sədri Məsud Babayev isə məntəqədə 1200 seçicinin qeydiyyata alındığını bildirdi: "Dövlət tərəfindən demokratik seçki keçirilməsilə bağlı səylər, bütün seçki kampaniyalarında olduğu kimi, bugünkü referendum günündə də özünü göstərməkdədir. Ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən ardıcıl və genişmiqyaslı islahatlar sayəsində irəli gedərək, bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatıb. İnkişafın hər yeni mərhələsi növbəti islahatlara tələbatları doğurub və həmin islahatların həyata keçirilməsi də, öz növbəsində, böyük inkişafa təkan vermişdir. Məhz bu amilləri nəzərə alaraq, seçicilərə gələcək tərəqqi və inkişafa səs verərək, həmrəylik göstərirlər. Artıq saat 16:45 radələrinə qədər 630 nəfər seçici səs vermişdir. Heç bir pozuntu qeydə alınmayıb".

Müstəqil müşahidəçi Mirkazım Qənbərov, ümumilikdə, heç bir gərginlik müşahidə olunmadığını və seçicilərin səs vermələri üçün demokratik şərait yaradıldığını vurğuladı.

"Bələdiyyə" Təşəbbüs Qrupunun müşahidəçisi Nəzirə Nəbiyeva isə seçicilərin fəallığını, heç bir qanun pozuntusuna, kiminsə seçiciyə təzyiq etməsinə təsadüf edilmədiyini diqqətə çatdırdı.

8 saylı Binəqədi Birinci Seçki Dairəsi 6 saylı seçki məntəqəsində, 10 saylı seçki məntəqəsində, 9 saylı Binəqədi İkinci Seçki Dairəsi 6 saylı seçki məntəqəsində, 5 saylı seçki məntəqəsində və başqa məntəqələrdə olduğumuz müddətdə seçki məntəqələrinin hamısında müxtəlif təşkilatları, partiyaları təmsil edən müşahidəçilərin səs vermənin gedişini sərbəst şəkildə izlədiklərinin şahidi olduq. Demokratik ab-havada keçirilən referendum prosesi vətəndaşların böyük fəallığı ilə müşahidə olunub. Vətəndaşlar axın-axın seçki məntəqəsinə gələrək, səsvermə hüquqlarından istifadə ediblər.

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər hər birinin dövlətçiliyimizin inkişafındakı yeniliklərin tələbi olduğundan referendumda iştirak edən seçicilərdə böyük ruh yüksəkliyi müşahidə olunurdu.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər