26 sentyabr tarixində ölkəmizdə növbəti dəfə referendum (ümumxalq səsverməsi) keçirildi. Referendum demokratik ənənələrə, konstitusiyaya, Seçki Məcəlləsinə uyğun qanunlar əsasında baş tutdu. Ölkəmizin hər bir yerində olduğu kimi, Nəsimi rayonunda da ümumxalq səsverməsi səhər saat 08.00-da başlayıb. Məntəqələr gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün ultrabənövşəyi lampalar və s. zəruri materiallarla tam təchiz edilib. Rayon ərazində mövcud dairələrin bir çox məntəqələrində olduğumuz zaman referendumun gedişini izlədik və ümumilikdə, heç bir gərginliyin müşahidə olunmadığının, şəffaf və qanunlara uyğun şəkildə keçirildiyini bir daha gördük. Təşkilatçılığın yüksək səviyyədə olması, deməyə əsas verir ki, Azərbaycanda keçirilən referendum bir çox Avropa ölkəsi üçün nümunə sayıla bilər və bu inkişafın bir göstəricisidir.
22saylı Nəsimi 2-ci Seçki Dairəsin məntəqələrində seçici fəallığı, xoş ab-hava hiss olunurdu. Seçicilər fəal şəkildə öz səs vermə hüquqlarından yararlanaraq, konstitusiyaya edilən əlavə və dəyişikliklərə səslərini verirdilər. Dairənin 24 saylı məntəqəsinin sədri Kəmalə Qədirova 1378 seçicinin qeydiyyatda olduğunu bildirdi: "Müxtəlif partiyaları və ictimai təşkilatları təmsil edən müşahidəçilər məntəqəmizdə seçicilərə nəzarət edirlər. Bu gün baş tutan referendum olduqca demokratik prinsiplərə əsaslanır və seçicilərin vətəndaş olaraq seçimində yüksək fəallıq etməsi müstəqil Azərbaycanın seçicilərini azad seçim hüququnu təsdiqləyən bir faktordur. Əsas Qanuna təklif olunan dəyişikliklərin başlıca hədəfi dövləti idarə etməsi sistemini daha da təkmilləşdirmək, yeni çevik və effektiv idarəetmə mexanizmini inkişaf etdirmək olduğundan seçicicər Azərbaycanın gələcək inkişaf və tərəqqisinə səs verirlər".
25 saylı məntəqənin sədri Gülsənəm Bayramlı məntəqədə 1368 nəfər seçicinin qeydiyyatda olduğunu vurğuladı. Səhərdən başlanan referendumda heç bir qanun pozuntusu qeydə alınmadığını bildirərək, müşahidəçilərin nəzarətində reallaşan seçkinin olduqca aktiv bir şəkildə keçdiyini bildirdi.
"Mənə çətin olsa da, heç kimin yardımı və dəstəyi olmadan seçki məntəqəsinə gəldim və artıq səs də verdim. Çünki mən öz taleyimə biganə qala bilməzdim". Bunu isə məntəqəyə səsverməyə gəlinən yaşlı seçicilərdən olan Mazurenko Faina Fyodorovna səs verdikdən sonra bildirdi. F.Mazurenko qeyd etdi ki, o, bütün əvvəlki seçkilərdə Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinə dəstək verib: "Ənənəmə uyğun olaraq, budəfə də seçki məntəqəsinə gələrək, Prezident İlham Əliyevin irəli sürdüyü konstitusiya dəyişikliyinə "HƏ" deməyi özümə borc bildim. Mənim yaxınlarım, qohumlarım, qonşularım da məntəqələrə gələrək, səsvermədə iştirak ediblər. Çox şadam ki, mən Azərbaycanda yaşayıram, Prezidentim də İlhamƏliyevdir".
22 saylı 2-i Nəsimi 27 saylı məntəqədə olduğumuz zaman da eyni mənzərəni müşahidə etdik. Məntəqənin sədri Sevil Hümmətova 1393 seçicinin qeydiyyatda olduğunu bildirdi və dəseçkilərin gedişindən razılığını ifadə edərək, seçicilərin fəallığından razılığını dilə gətirdi. O, burada xarici müşahidəçilərin İtaliya təmsilçiləri Nessa Pasquale, Fazone Kladiovə Belorusu təmsil edən Eçmoşlina Lidiya və Raxmanova Mariya olduqlarını bildirərək, səsvermənin gedişindən razılıq ediblər. Məntəqə sədri heç bir qanun pozuntusu qeydə alınmadığını bildirdi, seçki ilə bağlı iradların olmadığını, hər şeyin azad və demokratik şəkildə keçirildiyini vurğuladı.
22 saylı 2-ci Nəsimi 26 saylı məntəqədə olduğumuz zamanda eyni mənzərəni müşahidə etdik. Məntəqənin sədri Ağamayıl Baxşıyev 1222 seçicinin qeydiyyatda olduğunu bildirdi. Saat11:15 radələrində artıq 234 nəfər seçicinin səs versə də iştirak etdiyini diqqətə çatdırdı. Seçici Aqil İsmayılzadə hər şeydən razı qaldığını bildirdi: "Etiraf olunmalıdır ki, referendum yüksək səviyyədə təmin olunub. İnsanların azad şəkildə öz iradələrini ifadə etmək üçün məntəqədə hər bir şərait yaradılıb. Biz də gənc olaraq Azərbaycanın tərəqqisi və gələcək inkişafı naminə konstitusiya edilən ələvə və dəyişikliklərə səsimizi veririk". 19 yaşlı seçici Xəyalə Atakişiyeva ilk dəfə idi ki, referendumda iştirak edirdi. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər hər birinin dövlətçiliyimizin inkişafındakı yeniliklərin tələbi olduğunu diqqətə çatdırdı.
21 saylı Nəsimi 1-i Seçki Dairəsinin 15 saylı seçki məntəqəsinin sədri Məlahət Hüseynova seçki ilə bağlı iradlarınınolmadığını,hərşeyinazadvədemokratikşəkildə keçirildiyini vurğuladı. Qeyd etdi ki, seçki məntəqələrinin müasir texnologiyalarla təmin olunması və insanların kütləvi şəkildə məntəqələrə gələrək, səsvermədə iştirak etmələri Azərbaycan xalqının demokratik prinsiplərə sadiq olduğunu göstərir. 1291 nəfər seçicini qeydiyyata alındığı məntəqədə saat 13-05-ə qədər artıq 410 nəfər seçicini səs verdiyini qeyd etdi. "Bələdiyyə" Təşəbbüs Qrupunun müşahidəçisi Amaliya Əliyeva müstəqil dövlətimizdə referendumun şəffaf və demokratik normalar əsasında keçirildiyini bildirdi.
17 saylı məntəqənin sədri Zafta Şirinovaməntəqədə1225 nəfər seçicinin qeydiyyatda olduğunu söylədi: "Səhər saatlarından başlayaraq, seçicilər məntəqələrə gəlib seçimlərində aktivlik göstərirlər. Seçicilər Seçki Məcəlləsində nəzərdə tutulmuş müvafiq qanunvericiliyə əsasən, bütün prosesləri ardıcıllıqla qoruyaraq, öz seçki bülletenlərini məntəqələrdə qoyulmuş qutulara atırlar".
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 15 saylı məntəqəsində də eyni hal hiss olunmaqda idi. Məntəqənin sədri Fərid Mehdiyevin sözlərinə görə, 1377 seçici bu məntəqədə qeydiyyatdadır. Bu məntəqədə olan xarici müşahidəçilər bildirdilər ki, müşahidə prosesində gördükləri Azərbaycanda Referendumun Avropa dəyərlərinə və standartlarına uyğun keçirilir. Azərbaycanda səsvermənin təşkili prosesində ən müasir texnologiyalardan istifadə demokratik seçki mühitini möhkəmləndirir. Bunu irəliyə doğru atılan addım kimi dəyərləndiriblər.
NəzakətƏLƏDDİNQIZI