PDF Oxu

Siyasət

  • 23

Məzahir Pənahov: "2669448 seçki bülleteni sayılıb"

Məzahir Pənahov: "2669448 seçki bülleteni sayılıb"

"Respublika üzrə 125 seçki dairəsindən 3950 seçki məntəqəsi hesabat verib". SİA-nın məlumatına görə, bunu bugün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan Respublikasında keçirilən ümumxalq səs verməsinin (referendum) yekun nəticələri ilə bağlı çıxışında deyib.MSK sədrinin sözlərinə görə, seçicilərin ümumi sayı 5267111 olub: "Səs vermiş seçicilərin sayı 3671707 nəfər təşkil edir. MSK-ya daxil olmuş protokolların sayı 3950-dir. 2669448 seçki bülleteni sayılıb".M.Pənahov qeyd edib ki, respublika üzrə seçici fəallığı 69,7 faiz - 3 671 707 nəfər təşkil edib.

siaşaz

Digər xəbərlər