PDF Oxu

Siyasət

  • 30

Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum baş tutub “İNTERFAX”

Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum baş tutub “İNTERFAX”

"Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) 72,7% bülleten üzərində işləyib və seçicilərin 91,2%-i prezidentlik müddətinin 5 ildən 7 illə qədər artırılmasını dəstəkləyib". SİA xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahovun keçirdiyi mətbuat konfransı zamanı dediyi bu fikirləri Rusiyanın "interfax.ru" saytı yazır.Onun sözlərinə görə, ilkin hesablamalarda seçicilərin 91,2%-i Azərbaycanda prezidentlik müddətinin 7 ilədək artırılmasına "hə" deyib. 4,7 faiz seçici isə bunun əleyhinə səs verib."Pənahov qeyd edib ki, seçicilərin 89,3 faizi Azərbaycanda vitse-prezidentlik institunun yaradılmasını dəstəkləyib" -deyə, yazan "interfax"da bildirilir ki, bu təklifin əleyhinə çıxanlar 5,8%-i təşkil edib."MSK sədrinin sözlərinə görə, seçicilərin 91%-i yaş məhdudiyyətinin aradan qaldırılmasına səs verib. Əleyhinə isə 4,8 seçici çıxış edib. Hazırkı məqamda MSK 125 Seçki dairəsindən 30-da əldə edilən nəticələri tam şəkildə işləyib"- Rusiya saytı yazır.Sonda bildirilir ki, ötən gün – bazar ertəsi Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum baş tutub. "MSK-nın məlumatına görə, seçici davamiyyəti 69,7% olub ki, bu da 3,6 milyon insan edir. Bildirilir ki, referendumun tam nəticəsi oktyabrın 21-də açıqlanacaq.

sia.az

Digər xəbərlər