"26 sentyabr Azərbaycan Resıublikasında ümumxalq səsverməsi (referendum) prosesini TURKPA yaxından izləyib". SİA-nın məlumatına görə, bunu TURKPA-nın baş katibi Jandos Asanov deyib. O bildirib ki, seçkiləri yaxından izləmək, monitorinq etmək üçün onlara hər bir şərait yaradılmışdı: "Azərbaycan xalqı səsvermə prosesində çox fəal idi. Bizlər bunu gördük və şahidi olduq".TURKPA-nın Beynəlxalq Müşahidə Missiyasının üzvü Haluk İpek isə diqqətə çatdırıb ki, seçkilər tam şəffaf və demokratik şəraitdə keçirildi: "Biz seçkilər prosesində hansısa neqativ hallara rast gəlmədik. Seçicilər böyük ruh yüksəkliyi ilə məntəqələrə gələrək səslərini verirdilər. İnanırıq ki, bu seçkilər Azərbaycan xalqı üçün yadda qalan olacaq. Bu seçkilər Azərbaycan xalqının iradəsini ortaya qoydu".
sia.az