PDF Oxu

Siyasət

  • 21

Müşahidə qrupu: "Səsvermədə qanun pozuntusu aşkarlanmadı"

Müşahidə qrupu: "Səsvermədə qanun pozuntusu aşkarlanmadı"

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində beynəlxalq QHT-lərdən ibarət müşahidə qrupu ötən gün ölkəmizdə keçirilən ümumxalq səsverməsi-Referendmla bağlı mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, mətbuat konfransında çıxış edən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESISC) baş katibinin müavini Vilyam Rasimora bildirib ki, Azərbaycanda keçirilən Referendumu ölkədəki siyasi stabilliyin zəmanəti hesab etmək olar.Onun sözlərinə görə, Azərbaycanda keçirilən konstitusiya islahatları azadlıqların gücləndirilməsinə, demokratiyanın inkişaf etdirilməsinə yönəlib: "Bu dəyişikliklər ölkə idarəetmə üsulunda olan boşluqları aradan qaldıracaq. Sözügedən dəyişikliklər həyati əhəmiyyət kəsb edir. Biz Referendumu diqqət mərkəzində saxlayırıq. Müşahidə qrupu 49 seçki məntəqəsində səsvermə prosesini müşahidə edib və 5 məntəqədə səslərin sayılması prosesini izləyib. Heç bir məntəqədə qanun pozuntuları aşkar edilməyib. Səsvermə xalqın gözləntilərini doğruldub. Ötən gün ölkədəki sabitlik və sakitlik gözümüzdən yayınmadı. Bu, böyük müsbətdir".Daha sonra çıxış edən qrupa daxil olan Polis üzrə Araşdırma. Mərkəzinin rəhbəri Bordo Qilisi həmkarının sözlərinə qoşularaq bildirib ki, qrupun bəyanatı birgə verilib. O, səsvermənin yüksək şəkildə həyata keçməsinə görə MSK-ya təşəkkürünü bildirib.

sia.az

Digər xəbərlər