YAP Gənclər Birliyinin ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən "Gəlincik" layihəsinin açılış mərasimi və ilk görüşü keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Bəyim Məmmədli gənclərə layihənin əhəmiyyəti barədə ümumi məlumat verərək, layihənin məqsədini və layihə ərzində keçiriləcək təlimlərin mövzularını iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra təlimçi Zaur Quliyev iştirakçıları erkən nikahların hüquqi cəhətdən də yolverilməz olduğunu qeyd edib. O bildirib ki, erkən nikahlarla bağlı maarifləndirmə işlərini, mütəmadi olaraq, həyata keçirmək lazımdır.
Sonda gənclər, maraqlandıran suallar cavablandırıldı.
Ü.ƏSGƏROV