Avropa İttifaqı Azərbaycanda keçirilmiş referendumla bağlı bəyanat verib. SİA-nın məlumatına görə, bəyanatda deyilir ki, AŞPA-nın qiymətləndirmə missiyasının ilkin rəyinə əsasən seçicilərin böyük əksəriyyəti Konstitusiyaya təklif olunan 29 dəyişikliyin lehinə səs verib, referendum sakit, dinc şəraitdə keçirilib.
Aİ həmçinin Azərbaycanı Konstitusiya dəyişikliklərinin icrası prosesində Venesiya Komissiyasının təkliflərini nəzərə almağa dəvət edib.
"Avropa İttifaqı bu və digər məsələlər üzrə Azərbaycanla dialoqu davam etdirəcək", deyə bəyanatda vurğulanıb.
sia.az