PDF Oxu

Siyasət

  • 48

Deputat: “Azərbaycan vətəndaşı öz iradəsinə uyğun səs verdi” AÇIQLAMA

Deputat: “Azərbaycan vətəndaşı öz iradəsinə uyğun səs verdi” AÇIQLAMA

İlk növbədə qeyd etmək istəyirəm ki, referendumda seçicilərə fikir bildirməyə tam azad şərait yaradılmışdı. Seçki öncəsi təbliğat-təşviqat kampaniyası seçki məcəlləsinə tam uyğun şəkildə həyata keçirildi. Səsvermədə müşahidə aparan heç bir təşkilat qanun pozuntularını müəyyən etmədi. Exitpolun nəticələri ilə səsvermənin nəticələri üst-üstə düşdü və bu bir daha onu göstərdi ki, Azərbaycan vətəndaşı öz iradəsinə uyğun səs verdi". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, ölkə seçicilərinin 70%-ə qədərinin seçkidə iştirak etməsi və heç bir müdaxilə, məcbur etmə halları olmadan seçkidə iştirak edən seçicilərin 90%-ə yaxını konstiyusiyaya təklif olunmuş dəyişikliklərə hə deyərək dəstəklənməsi ilk növbədə xalqın ölkə başçısına olan yüksək inam və dəstəyin göstəricisidir: "Bu, belə də olmalı idi. Çünki cənab prezdentin tapşırığı və təşəbbüsü ilə aparılan sosial –iqtisadi islahatlar sayəsində bütövlükdə Azərbaycan inkişaf edib. Ölkəmizin elə bir bölgəsi yoxdur ki, orada hər hansı bir sosial layihə icra olunmasın. Ölkədə icra olunan sosial layihələrdən hər bir vətəndaş yararlanıb. Bu gün isə Azərbaycan vətəndaşı ölkə başçısının siyasi kursuna dəstək verməklə daha güclü, inkişaf etmiş, insanların firavan yaşayışını daha yüksək dərəcədə təmin edə biləcək yeni bir Azərbaycanın qurulmasına səs vermiş oldu. Xalq referendumda konstitusiyaya təklif olunan dəyişikliklərə yüksək dəstək verməklə inkişafın yeni hədəflərin müəyyən eduilməsinə və uğurlu inkişafa səs vermiş oldular".A.Badamov əlavə edib ki, ölkəmizi istəməyən və siyasi kampaniyalar ərəfəsində siyasi sabitliyi pozmaqla öz arzularına çatmaq istəyən dairələr də bir daha əmin oldular ki, Azərbaycandakı xalq hakimiyyət birliyi sarsılmazdır və onların cəhtləri müəyyən maliyyələr xərcləməklə boş - boşuna özlərini yormaqdan ayrı bir şey deyil.

sia.az

Digər xəbərlər