"Azərbaycanda keçirilən Referendum növbəti bir ümumxalq siyasi kampaniyasi idi". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, bu referendum bizim həm dostlarımıza, həm də bədxahlarımıza bir daha sübut etdi ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti həddindən artıq inkişaf etmiş bir səviyyədədir: "Yəni Azərbaycan vətəndaşları özlərinin konstitusiya, hüquq və vəzifələrini çox yüksək səviyyədə dərk edərək ümumxalq səsverməsi kimi bir kampaniyada çox fəal iştirak etdilər. Bununla da onlar cəmiyyətimizin, dövlətimizin bugünkü vəziyyətinə uyğun, geosiyasi, geoiqtisadi məsələlərlə bağlı vacib olan nələr varsa onu dəstəkləyirlər. Bu da Konstitusiyamızda olan əlavə və dəyişikliklər idi. Yəni xalq şüurlu surətdə bunu oxudu, öyrəndi və dərk etdi ki, bunları etmək vacibdir. Çünki bunlar dövlətimizin təhlükəsizliyinin qorunması, inkişafı, idarə olunması, eyni zamanda vətəndaşlarımızın özlərinin hüquq və azadlıqlarının, vəzifələrinin qorunması üçün çox vacib məsələdir. Buna getmək lazım idi və gedildi də".E.Məmmədov əlavə edib ki, Azərbaycan müstəqillik qazanandan bugünə kimi müxtəlif səviyyəli dövlətlərdə, qurumlarda təmsil olunan bədxahlarımızın bizim üçün qurduqları tələləri çox görmüşük: "Ancaq bunların heç biri dövlətimizin düzgün yolla inkişaf edib irəliləməsinə mane ola bilməyib. Təbii ki, bugündən sonra da mane ola bilməyəcək. Çünki bizim yolumuz demokratiya yoludur. Biz demokratik hüquqi dövlət qurmuşuq və onu inkişaf etdiririk. Biz haqq-ədalət yolu ilə gedirik. Eləcə də biz cəmiyyətimizin, dövlətimizin, vətəndaşlarımızın rifahı, gələcəyi naminə nə varsa onu edirik və düz edirik".
sia.az