"Avropa Şurası Parlament Assambleyasında "Zorakılıqdan Azad Qadınlar" Parlament Şəbəkəsi fəaliyyət göstərir. Həmin şəbəkənin üzvləri AŞPA-a üzv və müşahidəçi qismində təmsil olunan dövlətlərin, həmçinin, demokratiya namişə tərəfdaşların təmsilçilərindən ibarətdir. Bu şəbəkəyə də AŞPA-nın Qadınlara zorakılığa qarşı mübarizə üzrə baş məruzəçisi və siyasi koordinator rəhbərlik edir". SİA-nın xəbərinə görə. bunu millət vəkili Sahibə Qafarova adıçəkilən Şəbəkə ilə Milli Məclisin (MM) sentyabrın 28-də birgə təşkil etdiyi "Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu" adlı seminarda çıxışı zamanı dilə gətirib.
Onun sözlərinə görə, bu Şəbəkənin məqdəsi Avropada və dünydad qadınlara zorakılıq hallarına qarşı mübarizə aparmaqdır: "Bu şəbəkənin AŞPA-nın sessiyaları, iclasları dövründə öz yığıncaqları keçirilir, eyni zamanda, ayrı-ayrı formatlarda tədbirləri olur. AŞPA-nın baş məruzıçisi və şəbəkənin siyasi koordinatoru olaraq da növbəti tədbirin Azərbaycanda keçirilməsinə qərar verdim. Bu tədbirin də Azərbaycanda keçirilməsinə şərait yaradılması üçün Milli Məclis rəhbərliyinə öz dərin minnətdarlığı bildirirəm. Onu da qeyd edim ki, bu tədbir Azərbaycanda çox mühüm tədbir ərəfəsinə təsdüf etdi. Bildiyiniz kimi, iki gün öncə Azərbaycanda referendum keçirildi və Azərbaycan xalqı növbəti dəfə ölkə rəhbərliyinin çağırışına səs verdi, referendumda Konstitusiyaya edilən dəyişikliklərə öz müsbət münasibətini ifadə etdi. Həmin seçkiləri, referendumu müşahidə edənlər arasında bugünkü tədbirimizə qatılan AŞPA Müşahidə Missiyasının üzvləri də var. Onlar 8 nəfərdən ibarətdir və özləri də referendumu yaxından izləmək imkanlarına malik oldular, hər şeyi öz gözləri ilə gördülər. Bizə də çox sualları oldu, suallarına da cavab aldılar".
sia.az