PDF Oxu

Siyasət

  • 23

Azər Həsrət: “Müxalifətin qarşısına “ağa”ları tərəfindən tapşırıqlar qoyulmuşdu” AÇIQLAMA

Azər Həsrət: “Müxalifətin qarşısına “ağa”ları tərəfindən tapşırıqlar qoyulmuşdu” AÇIQLAMA

"İlk növbədə Azərbaycan xalqını, bütün seçiciləri təbrik edirəm ki, çox uğurlu şəkildə ümumxalq səsverməsini (referendum) başa vurduq". BunuSİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət deyib.Onun sözlərinə görə, Azərbaycan xalqının böyük əksəriyyəti cənab Prezidentin irəli sürdüyü təkliflərə "Hə" dedi: "Yəni aşağı-yuxarı ortalama 85 faiz seçici bu məsələdə ölkə başçısını dəstəklədi. Bu əslinə qalanda referendumun nəticəsi olmaqla bərabər, eyni zamanda cənab Prezidentə ümumxalq sevgisinin, dəstəyinin təsdiqi olmalıdı. Çünki ölkə rəhbərinin irəli sürdüyü təklfilərə "Hə" deyən xalq əslində onun siyasətinin davam etdirilməsinin tərəfdarı olduğunu göstərdi".Sədr əlavə edib ki, prosesə kölgə salmaq istəyən qüvvələrə gəldikdə isə onların elə başlıca vəzifələri bundan ibarətdir: "Bu adamlar mütləq şəkildə ağa qara, qaraya isə ağ deməlidirlər. Yəni onlar müxalifətçilik etmək istəyirlər amma bunu normal bir şəkildə etməyi bacarmırlar. Çox təəssüflə qeyd etməliyəm ki, ara-sıra gözə dəyən xırda pozuntuları götürüb ümumilikdə referendumun nəticələrinə kölgə salmağa çalışırlar. Təbii ki, onların qarşısına müəyyən tapşırıqlar qoyulub. Amma bütün bunlar heçnəyi dəyişməyəcək. Çünki fakt göz önündədir. Referendum çox gözəl təşkil olunmuşdu və yüksək səviyyədə keçirildi. Hətta burada xalqın fəallığı da müşahidə edildi. Beynəlxalq müşahidəçilərdə buna öz qiymətini verdilər".

sia.az

Digər xəbərlər