PDF Oxu

Siyasət

  • 34

“Azərbaycan xalqının iradəsi ölkəmizə qarşı keçirilən aksiyaların fövqündə dayanır” AÇIQLAMA

“Azərbaycan xalqının iradəsi ölkəmizə qarşı keçirilən aksiyaların fövqündə dayanır” AÇIQLAMA

"Azərbaycan Prezidenti referendumdan öncə ölkədə aparılan islahatların anonsunu verib. Bu istiqamətdə görüləcək işlərin daha intensiv şəkilə həyata keçməsi üçün Konstitusiyada mühüm dəyişikiliklərin edilməsinə ehtiyac var idi". Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.O bildirib ki, dəyişikliklər birmənalı şəkildə Azərbaycan xalqının və mənafeyinə, dövlətin təhlükəsizliyinin qorunmasına xidmət edir: "Qənaətimə görə, məhz bu amil nəzərə alınaraq Azərbaycan ictimaiyyəti, vətəndaşlar referenduma hə dedilər, yüksək fəallıq nümayiş etdirdilər. Seçicilər ümumxalq səsverməsində fəal şəkildə iştirak etməsi və onların mütləq əksəriyyətinin təklif olunan müddəları dəstəkləməsi də Azərbaycan xalqının həyata keçirilən islahatları müdafiə etdiyini nümayiş etdirir".E. Mirzəbəyli qeyd edib ki, Azərbaycanda keçirilən istənilən istər siyasi, istər idman, istər humanitar, istərsə də mədəniyyət tədbirləri öncəsi ayrı-ayrı xarici dairələr və onların nüfuz müvəkkilləri ölkəmizin maraqlarına xidmət edən bu aksiyaların, addımların üzərinə kölgə salmağa çalışırlar: "Təbii ki, burada bir neçə amil rol oynayır. Bu da ilk növbədə Azərbaycanın müstəqil siyasət yürütməsi, ayrı-ayrı güclərin və maraqların yanında deyil, beynəlxalq hüquq prinsiplərinin yanında yer alması öz fəaliyyətində xalqın və dövlətin maraqlarını əsas götürməsi təbii ki, belə kampaniyaların keçirilməsinə rəvac verir. Bu prosesdə şübhəsiz ki, erməni lobbisi və diasporası aktiv şəkildə iştirak edir. Ermənistanı himayə edən daiərlərdə bu məsələyə ciddi şəkildə dəstək verirlər. Lakin önəmli olan Azərbaycan xalqının iradəsi və bu iradəni ifadə edən Azərbaycan prezidentinin atdığı qətiyyətli addımlardır. Bu mövqe Azərbaycana qarşı keçirilən aksiyaların kampaniyaların fövqündə dayanır. Uzun illərdir ki, biz bu kampaniyaların qarşısında dayanmağı, ölkəmizi inkişaf etdirməyi bacarmışıq. Bundan sonra da belə olacaq".

sia.az

Digər xəbərlər