PDF Oxu

Siyasət

  • 21

Aydın Quliyev: "Seçicilər öz dəstəyi ilə bəzi qüvvələrə tutarlı cavab verdi" MÖVQE

Aydın Quliyev: "Seçicilər öz dəstəyi ilə bəzi qüvvələrə tutarlı cavab verdi" MÖVQE

"Ölkə başçısının iradəsi ilə müzakirəyə və səsverməyə çıxarılan Referendum Aktına Azərbaycan cəmiyyətinin demək olar ki, 90 faizindən çoxunun dəstək reaksiyası verməsi ölkəmizdə hakimiyyət-xalq birliyinin bariz nümunəsi oldu". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.O bildirib ki, hakimiyyət-xalq birliyi olan dövlətlərdə kənar ssenarilər, daxili vəziyyətləri qarışdırmaq cəhdləri heç biri nəticə verə bilməz: "Çünki xalq hakimiyyəti dəstəkləyir".Referendumun dövlətçiliyimizin inkişafı üçün yaradacağı şəraitdən bəhs edən baş redaktor söyləyib ki, ümumxalq səsverməsi Azərbaycan dövlətinin bundan sonra qarşısına qoyduğu və qoyacağı bütün vəzifələri uğurla yerinə yetirəcəyinə bir növ təminat verdi: "Referendum əsasında hakimiyyət elitasının, hətta kadr nöqteyi nəzərindən yerdəyişmələri üçün qanunvericilik əsası yarandı. Bu, dövlət idarəçiliyi ilə məşğul olan hər bir kəsin yeni mərhələdə, tamamilə yeni və daha müsbət prinsiplərlə öz fəaliyyətinə yanaşması üçün çağırış rolunu oynayır. Bundan başqa, insan hüquqlarının qorunması sahəsində yeni bir şəraitin yaradılmasının qapısı açıldı".A. Quliyev qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ölkəmizin beynəlxalq təşkilatlarla münasibətdə ən həssas məqamlardan biridir: "Referendumun nəticələri Azərbaycanla beynəxalq təşkilatların bu həssas məsələdə də münasibətlərinin tənzimlənməsinə təminat yaratdı. Bundan başqa, yeni dövlət və konstitusiya postlarının təsis edilməsi, postneft iqtisadiyyatı dövründə ölkənin qarşısında açılan yeni-yeni fəaliyyət və vəzifələrin həyata keçirilməsində daha çevik mexanizmim yaradılmasına şərait yaradır. Bir sözlə Referendumun açdığı imkanları, verdiyi şansları müstəqil Azərbaycan dövlətinin inkişafı tarixində yeni mərhələnin əsası və başlanğıcı kimi dəyərləndirmək mümkündür"."Referendumun nəticələrinə diqqət etdikdə səsvermədə iştirak edən Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin prezident mandatının 7 ilə çatdırılması, seçicilər üçün qoyulan yaş həddinin ortadan götürülməsinə daha fəal və yüksək səviyyədə dəstək verdiyini görmək mümkündür. Referenduma kölgə salmaq istəyən bəzi qüvvələri narazı salan hissələr də elə bunlar idi. Bu baxımdan düşünürəm ki, seçicilərin səsvermə günü bu iki sahəyə daha böyük dəstək reaksiyası ortaya qoyması buna kölgə salmağa cəhd edən qüvvələrin öncədən ortaya qoyduğu taktikaya çox tutarlı cavabı idi. Bunu referendumun ən böyük nəticəsi kimi qiymətləndirmək olar"- deyə, baş redaktor əlavə edib.

sia.az

Digər xəbərlər