PDF Oxu

Siyasət

  • 25

Mütəllim Rəhimli: “Xalq bu islahatlar paketini dəstəklədi”AÇIQLAMA

Mütəllim Rəhimli: “Xalq bu islahatlar paketini dəstəklədi”AÇIQLAMA

"İlk növbədə qeyd edim ki, Azərbaycan cəmiyyətinin ümumxalq səsverməsinin (referendum) keçirilməsinə olan reaksiyası göstərdi ki, ictimaiyyətin böyük əksəriyyəti bu kampaniyanın əleyhinə deyil". Bunu SİA-ya Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.Onun sözlərinə görə, biz hətta müxalifətin bəzi düşərgələrinin referendumun nəticələri ilə bağlı açıqlanan rəqəmlərə iradlarını belə gördük: "Bununla belə onların referenduma qarşı müqavimətinə baxmayaraq, xalq əslində bu islahatlar paketini dəstəklədi. Ümumiyyətlə müxalifət Azərbaycan hakimiyyətinin atdığı addımlara qarşı əks təbliğat kampaniyası aparır. Hətta bu əks təbliğat kampaniyası qarayaxma səviyyəsinə qədər gəlib çatır. Güman edirəm ki, Azərbaycanda bundan sonra bütün sahələrdə dövlət başçısının iradəsini əsaslanan ciddi islahatlar aparılacaq. Biz dəfələrlə bəyan edirdik ki, Dağlıq Qarabağ münaqişəsi istiqamətində atılan ciddi adımlar, ölkə iqtisadiyyatı ilə dirçəldilməsinə yönəldilmiş islahatlarla bağlı təşəbbüslər və s. hamısı dövlət başçısının iradəsinə bağlıdır. Təbii ki, biz bunun nəticəsini də yaxın zamanlarda görə biləcəyik".

sia.az

Digər xəbərlər