Azərbaycanla ATƏT-in uzun illərə söykənən nmünasibətləri var. Biz bu münasibətlərin ardıcıl və dinamik şəkildə inkişaf etməsində maraqlıyıq.SİA-nın məlumatına görə, bunu jurnalistlərə parlamentin vitse-spikeri Bahar Muradova deyib.O bildirib ki, Azərbaycan ATƏT dəyərlərinə daha çox önəm verən ölkələrdəndir: "Təbii ki, biz ATƏT-dən, onun Parlament Assambleyasından ümumi bir təşkilat olaraq ATƏT-in mandatına daxil olan məsələlərin həllində iştirakı ilə yanaşı, üzləşdiyimiz əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar gözləyirik. Təsadüfi deyil ki, onun hər sessiyalarında bu məsələ müzakirə predmeti olur. Nümayəndə heyəti artıq Makedoniyadakı sessiyada iştirak etmək üçün yola düşüb. Orada da bu məsələ müzakirə mövzusu olacaq. Aprel hadisələrindən sonra qısa müddətdə danışıqların gedişində müəyyən irəliləyişlərin baş verə biləcəyinə inam formalaşmasına baxmayaraq, ondan sonra keçən dövrdə Ermənistanın qeyri-konstruktiv mövqeyi iştirakçıların diqqətinə çatdırılacaq və Azərbaycanın ədalətli mövqeyinin müdafiəsi üçün parlamentarilərə müraciət ediləcək" .
sia.az