PDF Oxu

Siyasət

  • 31

Tamerlan Vahabov: “Ermənistan tərəfindən həmin addımları görmürük” AÇIQLAMA

Tamerlan Vahabov: “Ermənistan tərəfindən həmin addımları görmürük” AÇIQLAMA

"Ümumiyyətlə Fransa prezidentinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıqlar olduğunu bəyan etməsi o deməkdir ki, bu mövqe ATƏT-in digər həmsədrləri ilə həmçinin münaqişə tərəfləri ilə əlaqələndirilmiş bir məsələ ola bilər. Böyük ehtimalla bu, belədir". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.Onun sözlərinə görə, Fransa prezidentinin bəyanatını leqitim qarşılamaq olar: "Təbii ki, mütəmadi olaraq Azərbaycan və Ermənistan prezidentləri görüşürlər. Madrid prinsiplərinin yenilənmiş məqamlarına gəldikdə isə bu, münaqişənin hüquqi müstəvidə həll olunmasıdır. Azərbaycan da özünün hər zaman bu prinsiplərə uyğun olduğunu, bu prinsiplərə uyğun hərəkət etdiyini bəyan edib. Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfindən həmin addımları biz görmürük. Ölkəmiz hüquqi müstəvidə olan tənzimləmə mexanizmlərindən geri çəkilmir. Təbii ki, bunun müəyyən həddi var".

sia.az

Digər xəbərlər