"Rusiya birmənalı şəkildə Ermənistana dağıdıcı "İsgəndər" raketləri verib ki, Azərbaycana qarşı istifadə olunsun. Çünki heç bir vaxt Rusiya Azərbaycanı bu şəkildə ayağa verməz". BunuSİA-ya politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, Rusiyanın Ermənistana "İsgəndər" raketlərini verməsi Ermənistanın daxili sabitliyinin bərpasına yönəlmiş işlə bərabər, eyni zamanda Azərbaycana və Türkiyəyə də böyük bir təhdiddir: "Bunlar Azərbaycan üçün boş şeylərdir. Çünki ölkəmizin müdafiə sistemi çox güclüdür. Ümumiyyətlə Ermənistan xəyalları heç zaman reallaşmayacaq. Türkiyə NATO-nun üzvü olduğuna və NATO yavaş-yavaş Rusiyanın sərhədlərinə yaxınlaşdığına görə Rusiya qabaqlayıcı müdafiə tədbiri kimi onları Ermənistanda yerləşdirib. Hesab edirəm ki, rəsmi Moskvanın əsas məqsədi bundan ibarətdir. Türkiyə analitikləri bu işə daha düzgün yanaşırlar. Amma "İsgəndər" raketlərinin orada yerləşdirilməsi daha çox ABŞ-a hesablanmış bir şeydir. Çünki rəsmi Amerikanın hərbi bazası Hind və Atlantik okeanı hövzəsindədir. Beləcə Rusiya da həmin əraziləri tam nəzarətdə saxlaya bilir".
sia.az