Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən "Gənc marketoloqlar məktəbi" adlı növbəti layihənin son təlimi və bağlanış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə layihə rəhbəri Mehdi Mehdili açaraq, görülən işlər barədə məlumat verib. Bildirib ki, layihə ərzində istirakçılara ümumi marketinq anlayışı, əsasları və planın yazılması, klassik və müasir marketinq, bazar araşdırması (SWOT-analiz) mövzularında təlimlər və praktiki oyunlar həyata keçirilibdir. Təlimlər aktiv müzakirələr şəraitində keçmiş və bir çox ideyalarını təklif edən iştirakçılar təlimlər ərzində təqdimatlarını ediblər. Sonuncu təlimdə təlimçi Arzu Qafarlı "Bazar araşdırması (SWOT-analiz) mövzusunda iştirakçılara təlim keçmiş və bir çox müzakirələr aparmışdır. Daha sonra iştirakçılar (SWOT-analiz) aparıblar.
YAP GB-nin ofis rəhbəri Əli Pənahov "Gənc marketoloqlar məktəbi" layihəsi haqqında öz fikirlərini bölüşmüş və layihə istirakçılarına gələcək işlərində uğurlar arzulayıb. Layihə ərzində əldə olunana bilikləri gələcək işlərində tətbiq etmələrini iştirakçılara tövsiyə edibdir.
Sonda isə iştirakçılara sertifikatlar təqdim olunub.
Ü.ƏSGƏROV