PDF Oxu

Siyasət

  • 42

Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək

Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək

Forumda xarici ölkələrdə yaşayan 300 azərbaycanlı iş adamı iştrak edəcək

Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata istinadən, forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı nitqində əksini tapmış tövsiyələrə əsasən keçirilir.

Forumda xaricdə yaşayan azərbaycanlı iş adamlarının Azərbaycan Respublikasında iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə qoymalarına stimul verən amillər, dövlət səviyyəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində yaranmış əlverişli investisiya mühitinin yaratdığı əlavə imkanlar, ölkənin ümumi iqtisadi inkişafında xaricdə yaşayan azərbaycanlı iş adamlarının rolu ilə bağlı bir sıra məsələlər müzakirə olunacaq. Bununla yanaşı, forumda xarici iş adamlarının və böyük şirkətlərin Azərbaycana investisiya qoymağa təşviq edilməsi ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

Forumda xarici ölkələrdə yaşayan 300 nəfərə yaxın azərbaycanlı iş adamı və diaspor rəhbərinin, eləcə də ölkə daxilində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulub.

Toplantıda Dünya Azərbaycanlı İş Adamları Birliyinin yaradılması təşəbbüsü də müzakirə ediləcək. Bununla yanaşı, tədbirə dəvət olunmuş azərbaycanlı iş adamlarının iştirakı ilə biznes-forumun, habelə dövlət və hökumət nümayəndələri ilə görüşün təşkili də planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyələri əsasında hazırlanmış və Prezident Administrasiyası rəhbərinin 27 iyun 2016-cı il tarixli 95 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Dünya Azərbaycanlılarının IV Qurultayından irəli gələn vəzifələrə dair Tədbirlər Planı"nın 3-cü bəndində xaricdə yaşayan azərbaycanlı iş adamlarının ölkəmizə sərmayə qoymalarının təşviqi, habelə onların diaspor quruculuğu işinə daha geniş cəlb olunması məqsədilə 2016-cı ilin son rübündə Dünya Azərbaycanlı İş Adamları Birliyinin təsis toplantısnın keçirlməsi nəzərdə tutulub.

NƏZAKƏT

Digər xəbərlər