"Hesab edirəm ki, siyasi praktikada V Bakı Beynəlxalq Humanitar Forumunun təcrübələrindən faydalanmaq və bunu dəyərləndirmək lazımdır". SİA-nın məlumatına görə, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, REA-nın həqiqi üzvü Anatoli Torkunov deyib.Onun sözlərinə görə, multikulturalizm modelinə bəzən kölgə salınır və onun aradan qaldırılmasına çalışılır: "Multikulturalizmin sirkulyasiyasına xüsusi diqqət yetirmək lazımdır. Biz bir yerdə sülh şəratində yaşamaq təcrübələrini öyrənməliyik. Bu gün Avropanın özündə multikulturalizm haqqında elə danışırlar ki, sanki hər şey burada yaxşıdır. Mən Azərbaycana tez-tez gəlmişəm. Azərbaycan Prezidentinin apardığı xətt onu göstərir ki, burada dinə xüsusi diqqət yetirilir".
sia.az