PDF Oxu

Siyasət

  • 34

Fəttah Heydərov: "Tolerantlığın nə olduğunu Azərbaycanda biləcəksiniz"

Fəttah Heydərov: "Tolerantlığın nə olduğunu Azərbaycanda biləcəksiniz"

"V Bakı Beynəlxalq Humanitar Forumunun ölkəmizdə keçirilməsi və xaricdən xeyli sayda qonağın Azərbaycana gəlməsi çox sevindiricidir. Sizlər hər biriniz dünyada tanınan, yaxşını və pisi ayıran insanlarsınız". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Fəttah Heydərov deyib.Onun sözlərinə görə, Azərbaycan artıq beynəlxalq forumların keçirildiyi bir mərkəzə çevrilib: "Bu gün Azərbaycanda olan sabitliyin başlıca səbəbkarı Ümummilli Lider Heydər Əliyev olub. O, Azərbaycan üçün bir nümunə və yol oldu. Bu gün də həmin uğurlu siyasi kurs uğurla davam edir. Bu yolda sülh və əminamanlıq, demokratiya var. Sizlər xoş təəssüratlarla buradan ayrılacaqsınız. Siz Azərbaycanda keçirdiyiniz zaman ərzində multikulturalizmin, tolerantlığın nə demək olduğunu biləcəksiniz".

sia.az

Digər xəbərlər