PDF Oxu

Siyasət

  • 18

Beynəlxalq birlik Ermənistanı sülhə məcbur etməlidir

Beynəlxalq birlik Ermənistanı sülhə məcbur etməlidir

Beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi" mövzusunda dəyirmi masa öz işinə başlayıb. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyev və BMT Baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya ilə əməkdaşlıq üzrə köməkçisi Rəşid Xalikovun moderatorluğu ilə keçirilən dəyirmi masada əvvəlcə "Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı" qısametrajlı filmi nümayiş olunub.Daha sonra çıxış edən Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, dəyirmi masa çox mühüm məsələyə həsr olunub. O bildirib ki, hazırda dünyada 60 milyondan artıq qaçqın var: "Münaqişələr nəticəsində insanların yerdəyişməsi iqtisadi inkişafa ciddi maneə törədir. 90-cı illərin əvvəlində Dağlıq Qarabağ münaqişəsinin nəticəsi olaraq Azərbaycan qaçqın və məcburi köçkün problemi ilə üzləşdi. Hazırda ölkəmizdə 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Onların 250 mini Ermənistanda etnik təmizləməyə məruz qalanlardır, 700 min nəfəri işğal olunmuş rayonların əhalisidir, 50 min Orta Asiyadan olan axıska türkləri, 15 min nəfər isə digər ölkələrdən olanlardır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində bu insanların bütün hüquqları pozulub. Ölkəmizin 20 faizi hələ də işğal altındadır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycana 500 milyard dollardan çox ziyan dəyib, 30 min vətəndaşımız həyatını itirib".Ə. Həsənov qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb: "Azərbaycanın bu sahədəki təcrübəsinin dünya üçün nümunə olduğu beynəlxalq səviyyədə vurğulanıb. 90-cı illərdə Azərbaycanda 90 humanitar təşkilat çalışırdısa, indi onların sayı 21-dir. Hazırda Azərbaycan özü milli donor kimi çıxış edir".Ə.Həsənov vurğulayıb ki, 25 il keçməsinə baxmayaraq, münaqişə həll olunmur: "Nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Avropa İttifaqı və digər qurumların qərarları yerinə yetirilmir. Ermənistan atəşkəsə əməl etmir, mütamadi olaraq mülki əhalini atəşə tutur. Suriyadan gətirilən insanlar ərazilərimizə qeyri-qanuni olaraq yerləşdirilir, işğal edimiş torpaqlarımızda narkotika becərilir, silah qaçaqmalçılığı həyata keçirilir, terrorçular hazırlanır. Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, bütün dünyanın problemidir. Beynəlxalq birlik daha qəytiyyətli addımlar ataraq, Ermənistanı sülh sazişi üzərində işə başlamağa məcbur etməlidir".

sia.az

Digər xəbərlər