PDF Oxu

Siyasət

  • 27

Kamal Abdulla: "Biz multikulturalizmin bugününə və sabahına inanırıq"

Kamal Abdulla: "Biz multikulturalizmin bugününə və sabahına inanırıq"

V Bakı Beynəlxalq Hümanitar Forumu artıq ikinci gündür ki, öz işini davam etdirir. SİA-nın məlumatına görə, Forum çərçivəsində "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, AMEA-nın həqiqi üzvü Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsisinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveyeri, Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, REA-nın həqiqi üzvü Anatoli Torkunov və digərləri iştirak edib.Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, AMEA-nın həqiqi üzvü Kamal Abdullayev tədbiri açıq elan edərək deyib ki, bu dəyirmi masa çərçivısində iş 3 panel üzrə qurulacaq: "Ötən gün Forumun plenar iclası oldu. Forumda cənab Prezidentin çox önəmli nitqi oldu. Multikulturalizmin iflası bu gün Avropanı bürüyür. Bu qütbü biz bədbin qütb kimi adlandıra bilərik. Amma Azərbaycan modeli göstərir ki, qütbün nikbin forması da vardır. Biz multikulturalizmin bugününə və sabahına inanırıq. Azərbaycan xalqının canında başqa millətlərə xoş münasibət özünü göstərir. Azərbaycan bugün çoxkonfessialı ölkə kimi dünyada tanınır. Bu gün biz Azərbaycan modelini fəxrlə bütün dünyada nümayiş etdiririk".Tədbit hazırds davam edir.

sia.az

Digər xəbərlər