"Media olmadan müharibə və sülh mümkün deyil". SİA-nın xəbərinə görə, bunu Xorvatiya Respublikasının sabiq prezidenti Ivo Yosipoviç V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində həyata keçirilən "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu" mövzusunda Dəyirmi Masada çıxışı zamanı deyib. O bildirib ki, soyqırımı və müharibələrin hamısı media vasitəsilə baş verir: "Bununla yanaşı, sülh də media vasitəsilə həyata keçirilir. Medianın auditoriyaya çıxışı çox genişdir. Anonimlik mediada mənfi tərəflərdən sayılır. Biz dialoqlar vasitəsilə jurnalistikanın yüksək standartlarını əldə etməliyik. Media biznes olarsa, onun missiyası düzgün olmaz. Mediada monopoliya olmamalıdır. Media müstəqil, lakin nizamlayıcı olmalıdır. Medianın azadlığı çox vacibdir və media muktikulturalizmi təbliğ etməlidir. V Bakı forumu da elə məhz bu məsələyə xidmət edir".
sia.az