PDF Oxu

Siyasət

  • 35

Mübariz Qurbanlı: "Azərbaycanın böyük təcrübəsi var"

Mübariz Qurbanlı: "Azərbaycanın böyük təcrübəsi var"

V Bakı Beynəlxalq Humanitar Forumu işini davam etdirir. SİA-nın məlumatına görə, Forum çərçivəsində "Müxtəlif mədəni təcrübələrin tolerant birgəyaşayış siyasətinin formalaşmasında və multikulturalizm ideyalarının həyata keçirilməsində dünya dinlərinin tarixi rolu" mövzusunda dəyirmi masa keçirilib.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, səmavi dinlərin hər biri insanları sülhə, əminamanlığa səsləyib: "Bu gün dünyada baş verən müharibələr fonunda insanların dinc yaşaması çox çətindir. Azərbaycanın bu istiqamətdə böyük təcrübəsi var. Ölkəmiz bütün dinlərə eyni səviyyədə yanaşıb və multikultural dəyərlərin qorunması istiqamətində mühüm addımlar atıb. Prezident İlham Əliyev Forumunun açılış nitqində bu məsələlərə böyük yer vermişdi"."İslam və digər dinlərə qarşı tolerantlıq" mövzusunda çıxış edən Fransanın Dransi Məscidinin imamı və Fransa İmamları Konfransının sədri Hassen Şalquni qeyd edib ki, Azərbaycanda bütün dinlərə böyük hörmət var: "Əgər biz müxtəlif xalqların nümayəndələri yolda sərbəst gəziriksə deməli, Azərbaycan bütün dünyaya örnək sayıla bilər. Biz istərdik ki, bütün həyatımız çox şirin keçsin".Tədbir davam edir.

sia.az

Digər xəbərlər