PDF Oxu

Siyasət

  • 31

Əli Həsənov: "Qərbin islamafob dairələri İslam dünyasında baş verənləri birtərəfli təqdim edir"

Əli Həsənov: "Qərbin islamafob dairələri İslam dünyasında baş verənləri birtərəfli təqdim edir"

"İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması artıq bir neçə ildir ki, müzakirə olunur. Bu təşəbbüsün İslam Əməkdaşlıq Təşkilatı tərəfindən dəstəklənməsinə ümid edirik". SİA-nın məlumatına görə, bunu bu gün İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Konfransında çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.Ə. Həsənov bildirib ki, İsllam Əsməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanı narahat edən mürəkkəb qlobal və geosiyasi problemləri müzakirə etmək, təhdidlərə qarşı vahid mövqe formalaşdırmaq üçün vacib platformadır: "Hazırda dünyada, bir çox müsəlman ölkələrində sabitliyə zərbə vuran neqativ proseslər, digər tərəfdən İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə bilməz. Dağlıq Qarabağ, Fələstin problemi, Suriyada böhran səylərimizi səfərbər etməyi zərurətə çevirən faktlardır. Qərbin islamafob dairələri, transmilli media orqanları İslam dünyasında baş verən hadisələri birtərəfli təqdim edirlər. Nəticədə sülh və barışıq dili olan İslam dini haqqında yanlış təsəvvür yaradırlar. İslamı terrorla eyniləşdirmək, hər bir müsəlmanı terrorçu obrazında təqdim etmək cəhdləri İslam aləmində haqlı etirazlar doğurur".Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib, milli, dini abidələr yerlə yeksan edilib: "Həmin ərazilərin azad edilməsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən müvafiq qərar və qətnamələr qəbul edilib. Ermənistan nüfuzlu təşkilatların qərarlarını qulaqardına vurur. Eyni zamanda haqsız mövqeyini əsaslandırmaq üçün məsələyə dini don geyindirməyə, Qərbin islamafob dairələrinin dəstəyini almağa çalışır. Bu faktlar İslam həmrəylinin gücləndiriməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə ehtiyac olduğunu ortaya qoyur. İnformasiya mübadiləsi təsirli vasitədir. Çevik informasiya siyasətinin formalaşdırılması, ölkələrin informasiya təhlükəsizliyinin təmin edilməsi islam ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. 2012-ci ildə Qabonun paytaxtı Libervil şəhərində İƏT-ə üzv ölkələrinin informasiya nazirlərinin 9-cu toplantısında informasiya sahəsində əməkdaşlığını gücləndirilməsi məqsədilə qərarar qəbul edilib. 2014-cü il dekabrın 3-də Tehranda keçirilən növbəti toplantısında İƏT-ə üzv ölkələrinin Jurnalistlər Assosasiyasının yaradıması barədə təkliflər səsləndirilib və bu, müsbət qarşılanıb. Hesab edirik ki, islam ölkələrində KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi müsəlman dünyasının maraqları naminə vacibdir. Virtual məkanda birgə informasiya siyasətinin həyata keçirilməsi vacibdir".Ə. Həsənov Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarının islam ölkələrinin diqqətini cəlb edəcəyini vurğulayıb: "İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması dəstəklənməlidir. Bu gün bununla bağlı niyyət konfransı keçirilir. Bu məsələnin İƏT-ə üzv ölkələrin informasiya nazilərinin 11-ci toplantısının müzakirəsinə çıxarılmasına, 2017-ci ildə Bakı şəhərində İƏT-ə üzv dövlətlərin jurnalistlərinin iştirakı ilə yeni yaranmış qurumun birinci konfransının təşkili üçün İƏT katibliyindən müvafiq tədbirlərin görülməsini xahiş edirik".Prezidentin köməkçisi çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

sia.az

Digər xəbərlər