PDF Oxu

Siyasət

  • 27

Millət vəkili: "Yeni Səlib yürüşünə qarşı islam ölkələrində sipər yaradılmalıdır"

Millət vəkili: "Yeni Səlib yürüşünə qarşı islam ölkələrində sipər yaradılmalıdır"

"Qərbdə də çox yaxşı bilirlər ki, islamafobiya yoxdur. Çünki İslamın ən hegemon dövründə də fobiya olmayıb, ən yaxşı halda rəqabət mühiti yaradıb". SİA-nın xəbərinə görə, bunu "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Məmmədov Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransında çıxış edərkən deyib.O bildirib ki, 2001-ci il sentyabr hadisələrindən sonra formalaşdırılan koalisiya əslində yeni Səlib yürüşü koalisiyası idi: "Bu koalisiyaya müsəlman ölkələri də qoşuldu. Ancaq bu, manipulyasiya üçün idi. Qərb insanların şüuru ilə manipulyasiya etməyi bacardı, yeni insan tipi formalaşdırıldı. Bu insan hazırda informasiya ilə idarə olunan insandır. O, transmilli KİV-lərin informasiya bazasına söykənərək qərarlar qəbul edir və bu qərarlar yanlış olur. Bu insan bir də gözünü açır ki, ölkəsi parçalanıb, Qərbin maraqları təmin olunub, özü isə Qərbin qapısında miqrant durumuna düşüb. Məsələyə bu cür qlobal mövqedən yanaşmasaq, vəziyyət fərqli olmayacaq. Bu informasiya əsrində jurnalistlərin üzərinə böyük missiya düşür. Yeni Səlib yürüşünə qarşı islam ölkələrində sipər yaradılmalıdır. Bu, o vaxt mümkün olacaq ki, potensialı sipərə çevirə bilək".

sia.az

Digər xəbərlər