PDF Oxu

Siyasət

  • 21

Elxan Şahinoğlu: “Azərbaycan hərbi texnikanın alınmasına vəsaiti azaltmayacaq” MÜNASİBƏT

Elxan Şahinoğlu: “Azərbaycan hərbi texnikanın alınmasına vəsaiti azaltmayacaq” MÜNASİBƏT

"Azərbaycan və Ermənistan 2017-ci il üçün büdcələrini demək olar ki, eyni gündə açıqlayıblar. Hər iki ölkənin büdcəsində hərbi xərclər diqqəti çəkir. Ümumiyyətlə Ermənistan büdcəsinin 2017-ci il üçün gəlir hissəsi 2.6 milyard dollar, xərcləri isə 2.9 milyard dollardır. Büdcə kəsiri 300 milyon dollardır". SİA-nın məlumatına görə, bu barədə politoloq Elxan Şahinoğlu deyib.Onun sözlərinə görə, Ermənistanın gələn il üçün hərbi xərcləri 439 milyon dollar civarındadır: "Bu Ermənistanın 2016-cı il hərbi büdcəsindən 3 milyon dollar çoxdur. Azərbaycanın 2017-ci il üçün hərbi xərcləri isə 994 milyon dollar civarındadır, bu keçən ilki hərbi xərclərdən 440 milyon dollar azdır. Azərbaycanda hərbi xərclərin azalmasına baxmayaraq, yenə də Ermənistanın hərbi xərclərindən təxminən iki dəfə çoxdur. Ancaq vaxt var idi ki, Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsinin tamamından çox idi. Buna baxmayaraq, Azərbaycan işğalçı ilə müharibə aparmaq üçün yeni hərbi texnikanın alınmasına vəsaiti azaltmayacaq".

sia.az

Digər xəbərlər