İspaniyanın ABC.ES portalı Roma Papası Fransiskin Azərbaycana səfərindən yazır."Roma Papası Azərbaycandakı katoliklər üçün dua mərasimi keçirib" adlı məqalədə ölkəmizdəki dini durum haqqında da məlumat verilir. Bildirilir ki, Azərbaycanda dinlər arasındakı harmoniya dünyaya nümunədir.Yazıda dünya katoliklərinin liderinin Bakıya səfəri barədə oxuculara geniş məlumat verilir. Onun Prezident İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə keçirdiyi görüşlərdən ətraflı bəhs edilir.
AZƏRTAC
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...