PDF Oxu

Siyasət

  • 29

Şamaxıda sahələrdən ötən illə müqayisədə 47 ton çox kartof yığılıb

Şamaxıda sahələrdən ötən illə müqayisədə 47 ton çox kartof yığılıb

Şamaxı rayonunda kartof yığımı başa çatıb, sahələrdən 4931 ton məhsul götürülüb.Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, cari ilin məhsulu üçün 693 hektarda kartof yetişdirilmişdi. Yığılan məhsul ötən ildəkindən 47,7 ton çox olub.Qeyd edək ki, yerli bazarlarda öz keyfiyyəti ilə seçilən Şamaxı kartofuna tələbat çox olduğundan torpaq mülkiyyətçilərinin bu sahəyə marağı ildən-ilə artır. Təkcə Qızmeydan ərazi vahidində bu il 76 hektarda kartof yetişdirilib və sahələrdən bol məhsul götürülüb. Qaleybuğurd, İkinci Cabanı, Ərçiman və bir sıra digər ərazilərdə də əkin sahələri ildən-ilə genişləndirilir.

AZƏRTAC

Digər xəbərlər