PDF Oxu

Siyasət

  • 30

Millət vəkili: “Roma Papası Azərbaycanın qonaqpərvər olduğunu gördü” AÇIQLAMA

Millət vəkili: “Roma Papası Azərbaycanın qonaqpərvər olduğunu gördü” AÇIQLAMA

"Roma Papası Fransiskinin Azərbaycana səfəri bütün hallarda əlamətdar hesab olunmalıdır". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.Onun sözlərinə görə, bu proqram etibarilə bir günlük səfər olsa da, çox geniş təfərrüatlara malik oldu: "Hətta bildiyiniz kimi, bundan əvvəl də Roma Papasının Gürcüstana səfəri oldu və orada müəyyən neqativ hadisələr yaşandı. Hətta Gürcüstanda Fransiskinin əleyhinə mitinqlər keçirildi. Amma o Azərbaycana gələndən sonra tam fərqli təfərrüat oldu. Əslində katoliklərin prizmasından, ümumiyyətlə xristian prizmasından baxdıqda Azərbaycanla bağlı fikirlər birmənalı deyil. Hətta biz ara-sıra mətbuatda, mediada dolayı yolla da olsa bu vaxta kimi Ermənistana dəstək görmüşdük. Ümumiyyətlə xristian faktorunun bütün münaqişələrdə önə çıxmasının şahidi olmuşduq. Elə bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini saxlayan xristian, Rusiya və bir sıra digər faktorlardır. Bu gün Qafqazda Azərbaycan bir müsəlman dövləti olaraq təklənib. Roma Papasının Azərbaycana səfəri həm də ölkə həqiqətlərini görməyə əsas yaratdı, eləcə də ölkəmizin nə qədər qonaqpərvər olduğunu gördü".

sia.az

Digər xəbərlər