PDF Oxu

Siyasət

  • 19

Tural Abbaslı: “Qərblə kimin görüşməsi önəmli deyil”AÇIQLAMA

Tural Abbaslı: “Qərblə kimin görüşməsi önəmli deyil”AÇIQLAMA

"Məncə, ABŞ və ya Avropaya kimin getməsi önəmli deyil". Bunu SİA-ya Vahid Azərbaycan Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Tural Abbaslı Müsavat Partiyasının başqanı Arif Hacılının, eləcə də İsa Qəmbərin ABŞ-a planlaşdırılan səfərinə münasibət bildirərkən deyib.Komitə sədrinin sözlərinə görə, artıq uzun illərdir ki, Amerika və digər Qərb dövlətləri belə imitasiyalarla məşğuldurlar: "Yəni onlar Azərbaycanda müxalifətə heç zaman səmimi və real siyasi dəstək verməyiblər. Sadəcə olaraq öz maraqları çərçivəsində bəzi görüşlər və təmaslarda bulunublar. Yəni Qərblə kimin görüşməsi önəmli deyil, bu görüşlərdən sonrakı fəaliyyət önəmlidir. Bu günə qədər ki, təcrübə isə heç də optimist vədlər vermir".

sia.az

Digər xəbərlər