"Kimin, hansısa xarici təşkilatın, eləcə də radikal qrupların nə deməsindən asılı olmayaraq Azərbaycan xalqı 26 sentyabrda öz sözünü dedi. Xalq konstitusiyaya təklif olunan əlavə və dəyişiklərə "HƏ" deməklə Azərbaycanın gələcək inkişafına səs vermiş oldu. İndi kimsə bunu bəyənmirsə, xalqın iradəsinə qarşı çıxırsa, deməli, dövlətimizin inkişafını istəmir".Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Astan Şahverdiyev bildirib.Radikal müxalifətin və bəzi xarici dairələrin Azərbaycanla bağlı son günlərdə sərgilədiyi qərəzli mövqeyə münasibət bildirən A.Şahverdiyev qeyd edib ki, bu cür pis niyyətli, dövlətimizin imicinə zərbə vurmağa çalışan qüvvələr həmişə olub və bundan sonra da olacaq: "Başa düşmək olmur, "Freedom House" adlanan, təxribat dolu materiallarla çıxış edən bu qurumun baş işi gücü yoxdurmu? Sanki "Freedom House" Azərbaycana qarşı düşmənçilik etmək, qeyri-konstruktiv, qərəzli, böhtan qoxusu gələn hesabatlar hazırlamaq üçün yaradılıb. Bir neçə gün öncə ATƏT də Azərbaycanla bağlı yersiz dinləmələr keçirdi. Özlərini çox gülünc vəziyyətə salırlar. ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmir, heç bunu demirlər? ATƏT bu günə qədər Dağlıq Qarabağ problemi ilə bağlı hansı konstruktiv mövqe ortaya qoyub!? Heç bir. Həmçinin bu məkrli planların ölkəmzidə də tərkib hissəi olan radikal müxalifət var. Hesab edirəm ki, bu da heç nəyi dəyişməyəcək. Azərbaycanın inkişafına mane olmaq heç bir qüvvəyə nəsib olmayacaq. Biz yalnız irəli addımlamalıyıq".
sia.az