"Mən Müsavatdan istefa verən çoxsaylı insanların əvəzindən danışa bilmərəm. Öz tərəfimdən deyə bilərəm ki, mən Arif Hacılının başqanlığı dövründə Müsavatın vitrinində olan bir çox dəyərli insanların təşkilatdan getməsinə yönəlik siyasətin aparılmasına dözdüm. Lakin onun "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və burada çalışan, Müsavat Partiyasında xidmətləri olan bir çox həmkarlarımıza sayğısız münasibətə, qəzetlə faktiki olaraq ədavət aparmağa həvəsli olmasına etiraz edərək partiyadan istefa verdim".Bu fikirləri Rauf Arifoğlu-Arif Hacılı qarşıdurması nəticəsində Müsavatdan istefa verənlərin yenidən hansısa şərtlər daxilində partiyaya geri dönəcəkləri ilə bağlı səsləndirilən iddialara cavab verən tanınmış jurnalist Elşad Paşasoy SİA-ya açıqlamasında bildirib.E.Paşasoy onu da qeyd edib ki, artıq Müsavat partiyası ilə bağlı mövqeyinə nöqtə qoyub: "Müstəqil jurnalist olaraq fəaliyyətimi davam etdirməyə qərarlıyam. Digər tərəfdən, proseslər onu göstərir ki, nə Arif Hacılı Müsavatın keçmiş üzvlərinin yenidən təşkilata qayıtmasında maraqlıdır, nə də başqanlıqdan əl çəkən deyil".
sia.az