"Bu gün birmənalı mövqe ondan ibarətdir ki, müxalifətin dağıdıcı qanadı olan Müsavat, AXCP kimi partiyaların funksinerləri xaricdən maliyyə yardımı almaq üçün ən çirkin vasitə və üsullardan istifadə etməkdən çəkinmirlər. Bu vasitə ictimai qınaq obyekti olsa da, müxalifət bundan nəticə çıxarmaq fikrində deyil. Çünki, xarici maddi və mənəvi dəstək olmayacağı təqdirdə partiyadan sıradan çıxmalı olacaqlar".Bu fikirləri SİA-ya "Azadlıq Hərəkatçıları" Birliyinin sədri Təhmasib Novruzov deyib. O bildirib ki, dağıdıcı müxalifət partiya sədrləri siyasətə gəlir mənbəyi kimi baxırlar: "Hər kəs həyatda pul qazanaraq ailəsini dolandırmaq üçün nə isə bir iş görür. Müxalifət düşərgəsini təmsil edən Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı kimilər isə çörək qazanmağın yolunu Azərbaycanın milli və dövlətçilik maraqlarını xarici məkrli qüvvələrə satmaqda görürlər. Təbii ki, müxalifət qüvvələrinin getdikləri bu yol heç də yaxşı yol deyil. Yəni əgər bu zamana qədər müxalifət qüvvələrinin tutduqları bu siyasət yolunda nə isə bir irəliləyiş olmayıbsa, bundan sonrada onların fəaliyyət göstərmələri əhəmiyyətsizdir".Təşkilat sədrinin sözlərinə görə, müxalifət partiya sədrlərinin fəaliyyəti Azərbaycan cəmiyyətində sabitliyin pozulmasına xidmət edən siyasət olduğundan hər kəs tərəfindən qınağa, ittihama məruz qalırlar: "Müxalifətin apardığı siyasət xalqın gözü qarşısındadır. Xalq da həqiqəti bilir ki, müxalifət təmsilçiləri öz istəklərinə çatmaq üçün hətta Azərbaycanın dövlətçiliyini, milli maraqlarını, ərazi bütövlüyünü, suverenliyini də təhlükə altına qoymağa hazırdır. Belə düşüncəyə malik olan şəxslərin apardıqları siyasətin irəliliyə doğru heç bir addımı olmur və olmayacaq. Müxalifət təmsilçilərinin bu günə qədər bir məqsədi olub: özlərini müxalifət donunda göstərməklə xaricdə olan məkrli qüvvələrdən nə isə qoparda bilsinlər. Demək olar ki, bu gün bunların arasında kim daha çox xaricdən pul qopardacaq yarışı gedir. Əgər Ə.Kərimlinin oğlu bu gün Azərbaycanın düşməni olan ermənilərin, hətta sadə bir erməninin yox, qondarma "Dağlıq Qarabağ Respublikası"nın prezidenti Bako Saakyanın oğlu ilə dostluq edirsə, Azərbaycan əleyhinə olan tədbirdə birgə iştirak edirlərsə, Ə.Kərimlinin Azərbaycan cəmiyyətinə hansı nüfuzundan söhbət gedə bilər? Əlbəttə bu cür faktlar qarşısında Ə.Kərimliyə ictimai dəstəyin ola biləcəyi mümkünsüzdür. Xalq satqınları, xəyanətkarları bağışlamır".
sia.az