"Həm də, AXCP sədri Əli Kərimli və Arif Hacılı partiya vəsiqələrini 1500-2000 dollara satmaqla maddi durumlarını saxta yolla əldə olunan pullar hesabına bir qədərdə düzəltməyə çalışırlar". Bu fikirləri "Yurddaş" partiyasının sədri Mais SəfərliSİA-ya açıqlamasında bu cür fəaliyyət yolu tutan müxalif partiya sədrlərinin hərəkətlərini biabırçılıq adlandırdı: "Bu gün Avropa ölkələrinə çoxlu sayda müxalifət adı altında insanlar üz tutur. Bəlli olur ki, həmin ölkələrə üz tutan şəxslərin bir qismi guya radikal müxalifət partiyalarının üzvləridir. Guya həmin şəxslərin Azərbaycanda hüquqları pozulur. Avropa ölkələrinə gedən şəxslər hesab edirlər ki, getdikləri ölkə onlar üçün daha yaxşı olacaqdır. Ümumiyyətlə, bəzi şəxslərin müxalifət adı ilə Avropa ölkələrinə gedərək orada Azərbaycan haqqında reallığı özündə əks etdirməyən fikirlər səsləndirməsi çox pis bir haldır. Yəni azərbaycanlı bir vətəndaşın pul əldə etmək xatirinə bu cür hərəkətlərə əl atması utancverici haldır".Partiya sədrinin sözlərinə görə, Avropa ölkələrinə gedən həmin şəxslərdən Azərbaycanı istəməyən xarici qüvvələr öz məkirli siyasətlərini yürütmək üçün istifadə edirlər: "Təbii ki, bu şəxslərin belə hərəkətləri xalq tərəfindən də birmənalı şəkildə pislənir. AXCP sədri Ə.Kərimli və A.Hacılının partiya vəsiqələrini satmalarına Azərbaycan hüquq-mühafizə orqanları hüquqi qiymətlərini verməlidirlər. Çünki bu cür hərəkətlər Azərbaycanın milli maraqlarına ziddir"."Siyasi partiyalar haqqında qanun"un tələblərini pozan Ə.Kərimli, A.Hacılı bununla məsuliyyətə cəlb oluna bilərlərmi" sualına cavab olaraq, partiya sədri onu da bildirdi ki, əgər doğurdan da belə məsələlər varsa, həmin şəxslər ciddi şəkildə cəzalana və partiyalar bağlana bilər: "Bu hərəkətlərə əl atan şəxslər qanun qarşısında cavab verməlidirlər. Ümumiyyətlə, müxalifət təmsilçiləri daima öz maraqlarına uyğun olaraq addımlar atmaqla məşğul olublar və olurlar. Amma heç vaxt atdığı bu addımların nə özləri, nə də digərləri üçün irəliliyə doğru heç bir nəticəsi olmayıb. Bunun da ən əsas səbəbi indiki kimi yersiz hərəkətlərə əl ataraq, xalqın gözündən düşmələridir.
sia.az