PDF Oxu

Siyasət

  • 30

Bakıda beynəlxalq konfrans keçirilir

Bakıda beynəlxalq konfrans keçirilir

Bu gün Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr edilmiş "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq konfrans işə başlayıb. SİA-nın məlumatına görə, əvvəlcə konfransın əhəmiyyəti barədə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov ətraflı məlumat verib.Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda məruzə ilə çıxış edən Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ötən 25 il ərzində Azərbaycanın uğurlu və şərəfli yol keçdiyini, ancaq bu müddətdə dünyanın keçdiyi yolun ürəkaçan olmadığını qeyd edib.Prezident Administrasiyası rəhbərinin müavini diqqətə çatdırıb ki, Azərbaycan Avropa ölkələri ilə də əlaqələri genişləndirir. Ölkəmiz, həmçinin Latın Amerikası, Afrika ölkələri ilə münasibətlərə önəm verir və bu əlaqələri inkişaf etdirir.

siaşaz

Digər xəbərlər