PDF Oxu

Siyasət

  • 26

Novruz Məmmədov Con Kerrinin dediklərinə münasibət bildirdi

Novruz Məmmədov Con Kerrinin dediklərinə münasibət bildirdi

"ABŞ dövlət katibi Con Kerrinin liderlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır olmadığı barədə bəyanatı bizi təəccübləndirir və məyus edir. Münaqişənin tənzimlənməsində iştirak edən super dövlətin dövlət katibinin hakimiyyətdən getməsi, seçki ərəfəsində belə bir bəyanat verməsi təəccüb doğurur: "Bunun qəribə bir mənası var, sanki dünyaya bir mesajdır". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.PA rəsmisi deyib ki, Ermənistan münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda liderlərin münaqişənin həllinə hazır olmadığını iddia edir: "Tutaq ki, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağla bağlı danışıqlarda fikir mübadiləsi aparılır. Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı və 760 minə qədər insanın məcburi köçkün həyatı yaşamasına səbəb olan 7 rayonunun 25 ildən artıq işğal altında qalmasını nə ilə izah etmək olar? Əgər Ermənistan bu 7 rayonu azad edəcəksə, buna bir hazırlıq lazım deyilmi? Bunun üçün isə əsas missiya ABŞ da daxil olmaqla, ATƏT-in Minsk qrupunun 3 üzvünə verilib. Ancaq hələ bu sahədə çox böyük uğur görmək mümkün olmayıb".N.Məmmədov əlavə edib ki, Ermənistan işğalçı dövlətdir: "Azərbaycan torpaqlarının azad edilməsi üçün ABŞ da BMT Təhlükəsizlik Şurasında 4 qətnamənin qəbuluna səs verib. Bununla bağlı bir çox beynəlxalq təşkilatlarda qətnamələr və qərarlar qəbul edilib. ATƏT-in Minsk qrupuna üzv olan 3 dövlətin prezidentləri də status-kvonun dəyişməli olduğunu bəyan ediblər. Ona görə də Con Kerrinin bəyanatını Azərbaycan qəbul etmir. İstərdik ki, ABŞ-ın hansısa dövlət qurumu ətraflı, hamının başa düşəcəyi tərzdə Con Kerrinin bəyanatına aydınlıq gətirsin".

sia.az

Digər xəbərlər